Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Şirvan şəhər Mədəniyyət Mərkəzi

Şirvan  şəhər  Mədəniyyət  Mərkəzi  Mədəniyyət  Nazirliyinin “Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin  yaradılması haqqında”  29 aprel 2015-ci il tarixli  əmrinə  əsasən  08 may 2015-ci il tarixdə yaradılmışdır. Mədəniyyət  Mərkəzinin  yaradılması üçün  həmin vaxtadək Şirvan şəhərində  fəaliyyət  göstərmiş  Mərkəzi  Mədəniyyət evi,  “Şirvan”  Mədəniyyət  evi və 10 klub baza rolunu oynamışdır.  Yaradılarkən  Mədəniyyət  Mərkəzinin  tabeliyində 1 Folklor evi, 1 Sənətkarlıq  klubu , 1 Diyarşünaslıq   klubu və 8 klub olmuşdur. Həmin  mədəniyyət  müəssisələri həm də  Mədəniyyət  Mərkəzinin  filialları  idi.  Sonrakı dövrdə  Mədəniyyət Mərkəzinin tabeliyində olan  klublardan  ikisi  ləğv edilmişdir. Hazırda Mədəniyyət Mərkəzinin tabeliyində 1 Folklor  evi və  8  klub  fəaliyyət  göstərir.Şirvan  şəhər  Mədəniyyət   Mərkəzi  xüsusi  layihə  əsasında   tikilmiş və 14 iyul 1959-cu il tarixdə  istifadəyə  verilmiş  üç mərtəbəli  binada yerləşir.  Mədəniyyət  Mərkəzinin binası  2010-cu ildə  Mədəniyyət və Turizm  Nazirliyi  tərəfindən əsaslı təmir edilmişdir. Əslində  bina, tamamilə, yenidən  qurulmuş və bərpa olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mədəniyyət  Mərkəzinin yerləşdiyi  binanın əsaslı təmir və  yenidənqurmadan  sonra açılışında  iştirak  etmişdir. Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın ümumi sahəsi 1200 m2-dir. Tamaşa zalında oturacaq yerlərinin sayı (lojalarla birlikdə) 270-dir. 13 dərnək otağı var və 4 inzibati otağı vardır. Mədəniyyət Mərkəzində (filiallarla birlikdə) çalışan  işçilərin ümumi sayı  47 nəfərdir. Onlardan   33  nəfəri mədəniyyət işçisidir,  14   nəfəri texniki işçidir. Azərbaycanın qeyri- maddi mənəvi irsinin, qorunması,  Xalq   yaradıcılığının dəstəklənməsi  və təbliği Şirvan şəhər Mədəniyyət Mərkəzinin yerinə yetirdiyi əsas funksiyalardan biridir. Mədəniyyət Mərkəzi və onun filiallarında  36  qeyri-maddi mədəni irs kollektivi vardır.Bu kollektivlərdən 22-si  diyarşünaslığa ,12 –si folklora, 2-si  sənətkarlığa aiddir.Klub müəssilərində 7 bədii özfəaliyyət kollektivi ,o cümlədən  Mədəniyyət  Mərkəzində “Səma” instrumental ansamblı,Folklor  evində “Şirvan”  instrumental ansamblı,rəqs kollektivi ,”Şirvan” klubunda “Arzu” instrumental ansamblı, ”Dədə Qorqud”klubunda  instrumental  ansambl ,Diyarşünaslıq  klubunda  ansambl və xor   kollektivi vardır. Bunlardan əlavə , Mədəniyyət Mərkəzində musiqi  kursları,  Bayramlı qəsəbə  klubunda əl  işləri ,rəsm, fortepiano dərnəkləri ,Diyarşünaslıq   klubunda  poeziya klubu  , ”Qarabağ  klubunda bədii qiraət dərnəyi ,”Aran” klubunda kulinariya dərnəyi ,”Energetik”  klubunda rəsm dərnəyi, Folklor evində pianino və saz dərnəkləri fəaliyyət göstərir.Qeyri-maddi  mədəni   irs  kollektivlərində  iştirakçıların  sayı  415 nəfərdir. Mədəniyyət Mərkəzinin instrumental ansamblı və “Şirvan “Folklor evinin rəqs kollektivi Ankaranın Etimesqut  bələdiyyəsi tərəfindən təşkil edilmiş  Beynəlxalq “Anadolu günləri-9 (2012 –ci il) və Beynəlxalq “Anadolu günləri -11(2014-cü il) festivallarında  Azərbaycanı təmsil etmişdir.Müxtəlif  türkdilli  ölkələrin və xalqların iştirak etdiyi festivallarda şirvanlıların  çıxışı böyük  maraqla qarşılanmışdır.Festivalın gedişi Türkiyənin bir sıra   televiziya kanalları   ilə canlı yayımlanmışdır.”Anadolu  günləri -9” festivalında şirvanlıların çıxış etdiyi gecə  təşkilatçılar tərəfindən rəsmi olaraq “Azərbaycan  gecəsi” adlandırılmışdır.Şirvanlıların 2014-cü il  festivalında uğurlu çıxışı  barədə “Xalq qəzeti” ndə  və Azərbaycan  qəzetində   iri həcmli materiallar  dərc edilmişdir.

Ünvan:
Şirvan şəhər Gülbala Şıxbalaoğlu küç. 14
Telefon:

0212163445

E-mail:

shirvan-mm@mail.ru

 

74.3 KB