Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Şirvan şəhər Heydər Əliyev Mərkəzi

Şirvan şəhər Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin dərindən öyrənilməsi, tədqiqi, geniş təbliği məqsədi ilə fəaliyyət göstərir və ümummilli liderlə bağlı materialların  əldə edilməsi, toplanılması, fondlarda qorunub saxlanılması və nümayiş olunmasını təmin edir. Heydər Əliyev meydanında memarlıq üslubunda tikilmiş Heydər Əliyev mərkəzinin inşasına 2008-ci ildə başlanılmış, açılışı 2010-cu il aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şirvan şəhərinə tarixi səfəri günündə olmuşdur. Mərkəz 1 mərtəbədən, 5 guşədən, tədbirlər keçirtmək üçün konfrans otağı, internet otağı və kitabxana fondundan ibarətdir. Ümumi sahəsi 450 m2, ekspozisiya sahəsi 365 m2-dir. Mərkəzdə ümumilli liderin həyat və fəaliyyəini əks etdirən 1159 eksponat əsas fonda keçirilib, bunların müəyyən bir qismi-fotoşəkillər, portretlər, rəsm əsərləri, ulu öndər haqqında yazılmış çoxcildli kitablar, sənədlər və s. müvafiq eksponatlar beş guşə üzrə xronoloji ardıcıllıqla nümayiş olunur. Eksponatlar aktlaşdırılmış, elmi təsvir vərəqələri yazılmış, daxilolma kitabına qeyd edilmişdir. Mərkəzdə Heydər Əliyevin siyasi irsi sosial təbəqəsindən asılı olmayaraq geniş kütlələrə təbliğ olunur. Heydər Əliyev irsi azərbaycançılıqla bağlıdır. Buna görə mərkəzin fəaliyyətində azərbaycançılıq ideologiyasının öyrənilməsinə, təbliğinə geniş yer verilir.

 

 

Ünvan:
Şirvan şəhər İstiqlaliyyət prospekti 8
Telefon:

0212152161

E-mail:

shirvan.heydereliyevmerkezi@bk.ru