Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“44 günlük Zəfər tariximiz” adlı tədbir keçirildi

07.11.2021

Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “44 günlük Zəfər tariximiz” adlı tədbir keçirildi.Tədbirin rəsmi hissəsi Azərbayacan Respublikasının Dövlət Himni ilə açıq elan edildi və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. İlk öncə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Aynur Fərzəliyeva geniş məruzə ilə çıxış etdi. II-ci Qarabağ döyüşlərində iştirak etmiş Şirvan şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Ümüd Quliyev Mədəniyyət işçiləri Həmkarlar Təşkilatinin Fəxri-Fərmanı ilə təltif olunduqdan sonra tədbirin bədii hissəsinə keçildi.Tədbirin bədii hissəsi Rövşən Babayevin ifasında “Xarı bülbül” şerinin səsələndirilməsi və simvolik olaraq "Xarı Bülbülün" səhnəyə yerləşdirilməsi ilə başladı.Daha sonra Mərkəzin əməkdaşları Azər Həsənov , Ümüd Quliyev, Sabit Abdullayev və Firuzəxanım Abbasova vətənpərvər mahnılar ifa etdilər. Rejissor ssenarist Elşən İsmayılın təqdimatında “Bütöv Azərbaycan “ kompozisiyası nümayiş olundu. Şirvan şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Məhəmmədin ifasında “Qarabağ şikəstəsi” səsələndirildi. Daha sonra Şirvan şəhər 13 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Gur” rəqs ansamblının ifasında “Cəngi” rəqsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.Sonda Mərkəzin direktoru Namini Nəmidə tərəfindən bir neçə gənc Fəxri-Fərmanla təltif olundu.