Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mədəni kənd – mədəni mühit” layihəsinin 29 oktyabr 2021-ci il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzində Hacıqabul rayon üzrə yekun tədbiri keçirilmişdir.

29.10.2021

Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən, kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə start verilmiş  “Mədəni kənd – mədəni mühit” layihəsinin 29 oktyabr 2021-ci il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzində Hacıqabul rayon üzrə yekun tədbiri keçirilmişdir. Tədbirdə rayon Tarix-Diyarşünaslıq muzeyinin, Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin üzvlərinin rəsmləri və muzeyin rayonumuzla bağlı eksponatları, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin vətənpərvərlik mövzusunda kitablardan ibarət stendləri, birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş Hacıqabullu qəhrəman oğulların şəkillərindən ibarət stend nümayiş olunmuşdur. Tədbirin 44 günlük Vətən müharibəsinin birinci ildönümü ərəfəsində qeyd olunmasıda özəlliyi ilə seçilmişdir. 
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, rayonun idarə, müəssisə və  təşkilatlarının nümayəndələri, şəhid ailələri, qarabağ qaziləri və müharibə iştirakçıları iştirak edirdi. 

Hacıqabul şəhər Uşaq Musiqi məktəbinin şagirdlərindən ibarət xor kiolletivi, Hacıqabul rayon Mehman Ağayev adına Navahı kənd tam orta məktəbi,  Rəncbər kənd tam orta məktəbi və Vüqar Məmmədov adına Muğan qəsəbə tam orta məktəbinin şagirdlərinin hazırladığı rəqslər, səhnəciklər və şagirdlərin ifasında çıxışlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Tədbirin sonunda Mehman Ağayev adına Navahı kənd, Rəncbər kənd və Vüqar Məmmədov adına Muğan qəsəbə tam orta məktəbləri Sabirabad Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları ilə təltif olunmuşdurlar.