Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniya ilə mübarizəyə həsr olunmuş “Xaş-xaşın göz yaşı” tamaşası nümayiş olunmuşdur.

19.10.2021

19 oktyabr 2021-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Bakı Uşaq və Gənclər Teatrının narkomaniya ilə mübarizəyə həsr olunmuş “Xaş-xaşın göz yaşı” tamaşası nümayiş olunub.

Tamaşadan öncə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, narkomaniyanın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan əsas amillərdən biri olduğunu bildirmiş, narkomaniya əleyhinə təbliğat məqsədi ilə səhnələşdirilən tamaşaya görə Bakı Uşaq və Gənclər Teatrının kollektivinə minnətdarlığını bildirmişdir.

Daha sonra teatrın direktoru, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan çıxış edərək, tamaşanın nümayişinin gəncləri narkomaniya haqqında məlumatlandırmaq və eləcə də maarifləndirmək funksiyası daşıdığını bildirmişdir.

Qeyd edək ki, real həyatdan götürülmüş hadisələrin əks olunduğu səhnə əsəirində qoyulan problemlər bir qrup tələbə gəncin timsalında tamaşaçıya çatdırılır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır.