Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyimiz əbədidir!” adlı rəsm sərgisi təşkil olunmuşdur

18.10.2021

18 oktyabr 2021-ci il tarixində Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq, Sabirabad rayon Mədəniyyət Mərkəzində “Müstəqilliyimiz əbədidir!” adlı rəsm sərgisi təşkil olunmuşdur.

Sərgiyə ilk baxışda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, idarə aparatının və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak etmişlər.

Tədbir iştirakçıları Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş, həmçinin vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərləri ilə tanış olmuşlar.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin rəhbəri Fərhad Əsgərov sərgidə yer alan rəsm əsərləri barədə iştirakçılara məlumat vermişdir.