Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq musiqi məktəblərində çalışan müəllimlərin bir qismi ilə görüş keçirilmişdir.

05.10.2021

Sabirabad Regional Mədəniyyət İdarəsində Müəllimlər Günü qeyd edildi.

05 oktyabr 2021-ci ildə Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq musiqi məktəblərində çalışan müəllimlərin bir qismi ilə görüş keçirilmişdir.

Görüşdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, 5 oktyabr – Müəllimlər Günü münasibətilə müəllimləri təbrik etmiş, gələcək nəslin mədəni inkişafı yolunda göstərdikləri fədakar işlərində onlara uğurlar arzulamış, həmçinin ölkə başçısı cənab İlham Əliyevin mədəniyyətimizə olan yüksək diqqət və qayğısının nəticəsində ölkəmizdə mədəniyyət sahəsinin ahəngdar inkişafının təmin edilməsindən söz açmış, eyni zamanda, ulu öndər Heydər Əliyevin milli-mədəni intibah amalının əbədi yaşayacağını vurğulamışdır.

Görüşdə çıxış edən müəllimlər, Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə ilk dəfə təşkil olunan tədbirə görə sevinclərini dilə gətirmiş və bundan dolayı öz minnətdarlıqlarını bildirmişlər.

Sonda müəllimlər 2020/2021-ci tədris ili üzrə şagirdlərinin musiqi sahəsi üzrə qəbul imtahanlarında uğur qazanması, həmçinin 5 oktyabr – Müəllimlər Günü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanları ilə təltif olunmuşdur