Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər qazanmış ölkənin qalib günləri” adlı tədbir təşkil olunmuşdur.

01.10.2021

Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilən “Mədəni kənd-mədəni mühit” layihəsi çərçivəsində oktyabr ayının 1-də Sabirabad rayon Mədəniyyət Mərkəzi Yeni Güdəcühür Klub-İcma Mərkəzində “Zəfər qazanmış ölkənin qalib günləri” adlı tədbir təşkil olunmuşdur.

Tədbirin aparıcısı, Yeni Güdəcühür Klub-İcma Mərkəzinin direktoru Səbinə İsmayılova çıxış edərək qonaqları salamlamış və tədbiri açıq elan etmişdir.

Cəbrayıl rayon sakinlərinin də iştirak etdiyi tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı qələbədən danışmış, Cəbrayıl rayon sakinlərini öz dədə-baba yurdlarının işğaldan azad olunması münasibətilə təbrik etmiş, müharibədə qazanılan qələbədən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan Cəbrayıl rayonuna səfər edrək Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırmasının ən əlamətdar tarixi hadisə olduğundan söhbət açmışdır.

”Tokio-2020” Yay Paralimpiya Oyunlarının iştirakçısı, Cəbrayıl rayonundan olan Pərvin Məmmədov da öz növbəsində çıxış edərək, keçdiyi uğurlu qalibiyyət yolundan bəhs etmiş, tədbirin təşkil olunmasından dolayı minnətdarlığını bildirmiş, Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsindən dolayı böyük sevinc içində olduğunu dilə gətirmişdir.

Tədbirdə yaradıcı gənclərin əl işlərinin, dərnək üzvlərinin rəsm əsərlərinin və ”Tokio-2020” Yay Paralimpiya Oyunlarının iştirakçısı Pərvin Məmmədovun qazandığı medal və fəxri fərmanlarının nümayiş olunduğu sərgi təşkil olunmuşdur.

Tədbirin bədii hissəsində kənd məktəbliləri 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərgilədiyi qətiyyət və əzmkarlığı, həmçinin ordumuzun göstərdikləri qəhrəmanlıqları tərənnüm edən müxtəlif şeirlər səsləndirmişlər.

Sonda Vətən müharibəsi şəhidlərinə həsr olunmuş guşəyə baxış keçirilmiş, şəhidlərin əziz xatirəsinə ithaf olunmuş “Bir ölər, min dirilərik!” adlı kompozisiya nümayiş olunmuşdur