Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlı şəhər Bülbül adına Uşaq Musiqi məktəbi binasının təmirdən sonra açılışı olmuş və yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq tədbir təşkil olunmuşdur

29.09.2021

29 sentyabr tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsindəki Saatlı şəhər Bülbül adına Uşaq Musiqi məktəbi binasının təmirdən sonra açılışı olmuş və yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq tədbir təşkil olunmuşdur.Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə iştirak edərək yeni tədris ilində məktəbin müəllim və şagird heyətinə uğurlar arzulayıblar.Daha sonra qonaqlar sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə, həmçinin məktəbdə aparılan tədris prosesi ilə tanış olmuş, şagirdlərin ifasında müxtəlif musiqi nümunələri dinləmişlər.Sonda 44 günlük Vətən müharibəsində Saatlı rayonundan şəhid olan qəhrəmanların məktəbdə yaradılmış guşəsi qarşısında şagirdlərin kompozisiya ilə çıxış etmələri qonaqların marağına səbəb olmuşdur