Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 II Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələrinin ziyarət edilməsi ənənənəsi davam etdirilməkdədir

26.09.2021

Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən  II Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələrinin ziyarət edilməsi ənənənəsi davam etdirilməkdədir. Beləki, şəhidlərin anım günü ərəfəsində, 24 sentyabr 2021-cil tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və idarənin əməkdaşları tərəfindən Sabirabad rayonunun Minbaşı kəndindən Şəhid Hümbətov Şahin Əlcuvan oğlunun, Qaracağ kəndindən şəhid Mirzəyev Elton Vüqar oğlunun və Beşdəli kəndindən Şəhid Hüseynov Əfsun Mətləb oğlunun ailələri ziyarət edilərək mərhumların ruhlarına dualar oxunmuş və ailələrə müvafiq ərzaq yardımları edilmişdir. Sonra İdarə əməkdaşları tərəfindən həmin kəndlərdə şəhidlərin abidə kompleksləri və Qarağac kəndindəki Şəhidlər xiyabanı da ziyarər edilərək şəhidlərin ruhlarına dualar oxunmuş, məzarları üzərinə güllər qoyulmuşdur.