Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2020/2021-ci tədris ilini bitirərək orta və ali ixtisas məktəblərinin musiqi  ixtisasına qəbul olunan məzunlarla görüş keçirilmişdir.

24.09.2021

24 sentyabr 2021-ci ildə Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq musiqi məktəbləri üzrə 2020/2021-ci tədris ilini bitirərək orta və ali ixtisas məktəblərinin musiqi  ixtisasına qəbul olunan məzunlarla görüş keçirilmişdir.

Görüşdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, məzunları təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamış, həmçinin Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafına göstərdikləri diqqət və qayğıdan söz açmışdır.

 

İdarənin xidməti əhatəsindəki uşaq musiqi məktəblərinin direktorları da çıxış edərək, regionda ilk dəfə olaraq təşkil olunan bu tədbirdən dolayı öz minnətdarlıqlarını bildirmişlər.

Daha sonra tədbirdə iştirak edən məzunlara Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının region üzrə şəhər və rayon komitələrinin hədiyyələri təqdim olunmuşdur.

Sonda xatirə şəkli çəkdirilmişdir.