Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” mövzusunda sərgi qarşısında tədbir keçirildi.

08.09.2021

08 Sentyabr 2021-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan saz, söz sənətinin böyük nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” mövzusunda sərgi qarşısında tədbir keçirildi.

Tədbirdə Aşıq Ələsgərin 200 illik yubileyinin respublikamızda geniş şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncam imzalamasını, ustad sənətkarın həm aşıq, həm də böyük söz ustadı kimi Azərbaycan mədəniyyəti və ədəbiyyatındakı xidmətləri vurğulanıb. Sonda sərgiyə baxış keçirilmişdir.

Sərgidə böyük söz ustadı Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında materiallar,fotolar, müəllifi olduğu, haqqında yazılan kitablar nümayiş olundu.

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün əlamətdar bir tarixdir