Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tokyo-2020” XVI Yay Paralimpiya oyunları üzrə Pauerliftinq Çempion Məmmədov Pərvin Rasim oğlu mərkəzimizdə qonaq olmuşdur

02.09.2021

01.09.2021-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzi tabeliyində fəaliyyət göstərən Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzində  "Tokyo-2020" XVI Yay Paralimpiya oyunları üzrə Pauerliftinq Çempion Məmmədov Pərvin Rasim oğlu mərkəzimizdə qonaq olmuşdur. Məmmədov Pərvin əslən Cəbrayıl rayon Şahvəlli kənd sakinidir. Qalib idmançımız hal hazırda, Bakı şəhər Qaradağ rayonunda yaşayır. Çempion Məmmədov dəfələrlə, Dünya kuboku birincisi, Open Eropen Çempionu və  Pauerliftinq üzrə "Tokyo-2020"  Yay Paralimpiya oyunlarının bürünc medal mükafatçısı olmuşdur. Mərkəzimizin qonağı olan,Qalib idmançımız qalibiyyət  təsüratlarını bizlərlə bölüşdü. Çempionumuzu Klub-İcma Mərkəz rəhbərliyi olaraq təbrik edir və Qalib idmançımıza uğurlar arzulayırıq.