Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Şəki şəhərindəki S.Vurğun adına Folklor klubunda keçirilən dostluq görüşü keçirilib

23.08.2021

Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Şəki şəhərindəki S.Vurğun adına Folklor klubunda keçirilən dostluq görüşü görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum gününə həsr olunub.

Tədbirdə Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov və Şirvan şəhər Mədəniyyət Mərkəzinin direktoru Nəmidə Quluzadə çıxış edərək, ecazkar səsi ilə dünyanı fəth edən görkəmli müğənninin yaradıcılığından söz açıblar.

Musiqili proqramla davam edən tədbirdə Şirvan şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları Azər Həsənovun, Ümid Quliyevin, Mərkəzin nəzdində fəaliyyət göstərən “Gur” rəqs qrupunun, Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru, müğənni İdris İdrisovun və Mərkəzin “Səbuhi” instrumental ansamblının solisti Hakim Əkbərovun ifaları alqışlarla qarşılanıb.

Sonra Şirvan şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları Şəkinin görməli yerləri ilə tanış olublar.