Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlı rayonunun Sımada kəndində “Mədəni kənd – mədəni mühit” layihəsi çərçivəsində tədbir keçirilmişdir.

05.08.2021

05 avqust  2021-ci il tarixində Saatlı rayonunda Sımada kəndində  “Mədəni kənd - mədəni mühit” layihəsi çərçivəsində tədbir keçirilmişdir. Saatlı rayonunun ucqar kəndlərindən biri olan Sımada kəndində təşkil olunan tədbirdə rayon Tarix-Diyarşünaslıq Muzeyində fəaliyyət göstərən “Sənətkarlar birliyi”nin üzvü, respublika üzrə keçirilən rəsm sərgilərində gənc rəssam olaraq fəal iştirak edən Bədəlov Məhəmmədin rəsm əsərləri nümayiş olunmuşdur. Özünəməxsus yaradıcılıq qabiliyyəti olan Məhəmməd  Bədəlovun rəsm əsərləri tamaşaçılar tərəfindən maraqla izlənilmişdir.  “Mədəni kənd - mədəni mühit” layihəsi çərçivəsində keçirilən tədbirlər yeni-yeni istedadların tanıdılmasında müstəsna rol oynayır.  Kənd yerlərində mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, kəndlərdə yaradıcı gənclərin aşkar olunması və tanıdılması layihənin əsas məqsədlərindən biridir. Məhəmməd Bədəlov məhz belə gənclərdən biridir. Yaradıcılıq baxımından öz dünyası, öz fantastik fikirləri olan Məhəmməd klassiklərimizdən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin əsərlərini mütəmadi mütaliyə edir, yağlı boya ilə kətan üzərində yaratdığı rəsm əsərlərində keçmişlə bu günümüz arasında sintez qurmağa çalışır. Kənd əhalisində ədəbi-mədəni irsimizə marağın artırılması baxımından belə tədbirlərin kəndlərdə mütəmadi keçirilməsi nəzərdə tutulur. Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə tədbirdə iştirak etmişdir. Məhəmməd  Bədəlov idarə rəisi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.