Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən 02 Avqust - Milli Kino günü ilə əlaqədar tədbir keçirildi.

02.08.2021

02 Avqust 2021-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən 02 Avqust - Milli Kino günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə açaraq, Azərbaycanda kino sənətinin bir əsrdən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçdiyini və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Çıxışdan sonra mədəniyyət müəssisələri əməkdaşlarının iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş ”Azərbaycan kinosunun yaranması və inkişafı” adlı sənədli filmə baxış keçirildi.