Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlı rayon Tarix-diyarşünaslıq muzeyində dəyirmi masa təşkil olunmuşdur

30.07.2021

30.07.2021-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı rayon Tarix-diyarşünaslıq muzeyində dəyirmi masa təşkil olunmuşdur. Tədbir uzun illər mədəniyyət sahəsində səmərəli fəaliyyət göstərmiş Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyevin 60 illik yubileyinə həsr olunmuşdur. Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, həmçinin Saatlı rayon İcra hakimiyyətinin, Saatlı rayon Gənclər və İdman İdarəsinin, Saatlı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin və digər dövlət orqanlarının əməkdaşları iştirak etmişdir. İdarə rəisi çıxış edərək Bəylər Əliyevə öz təbriklərini bildirmiş və onu yubiley münasibəti ilə Sabirabad Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı ilə təltif etmişdir.