Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Saatlı rayonunun Şirinbəyli kəndində “Mədəni kənd - mədəni mühit” layihəsi çərçivəsində tədbir keçirilmişdir.

13.07.2021

Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilən “Mədəni kənd - mədəni mühit” layihəsi çərçivəsində 13 iyul 2021-ci il tarixində Saatlı rayonunun Şirinbəyli kəndində tədbir keçirilmişdir.

 

Tədbirdə yaradıcı gənclərin əl işlərindən, rəsm əsərlərindən, heykəltaraşlıq nümunələrindən ibarət sərgi nümayiş olunmuşdur. Daha sonra bir-birindən maraqlı rəqslər, mahnılar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə tədbirdə çıxış edərək, layihə barədə ətraflı məlumat vermiş,  kənd əhalisinin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, kənd yerlərində mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, kəndlərdə yaradıcı gənclərin aşkar olunması və tanıdılmasının layihənin əsas məqsədlərindən olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Kənd əhalisində ədəbi-mədəni irsimizə marağın artırılması baxımından belə tədbirlərin kəndlərdə mütəmadi keçirilməsinin vacibliyini qeyd etmişdir.

 

Tədbirin sonunda Şirinbəyli kəndində keçirilən Saatlı rayon şəhidlərinin xatirəsinə həsr olunmuş futbol yarışının qaliblərinə kubok, diplomlar və medallar təqdim olunmuşdur.

 

421.9 KB