Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon şöbəsi üzrə çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalınma mərasimi keçirilmişdir

12.07.2021

12 iyul 2021-ci il tarixdə Sabirabad rayon Bayraq Muzeyində Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi üzrə çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalınma mərasimi keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin şəxsi heyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, çağırışçı gənclərin valideynləri iştirak etmişlər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı birinci müavini Həsən Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi Vüqar Mirzəyev çağırışçıları təbrik etdi və onlara hərbi xidmətlərində uğurlar arzuladılar. Daha sonra çağırışçı gəncin valideyni İlqar Ağayev çıxış edərək, çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışmış, gənclərə şərəfli əsgər həyatı arzuladığını bildirmişdir. Tədbirin davamında Sabirabad rayon Mədəniyyət Mərkəzinin Əlillərdən ibarət “Mübarizlər” teatrı çağırışçıların vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər. Sonda çağırışçılar dövlət bayrağına ehtiramlarını bildirərək təntənəli marşın sədaları altında hərbi hissələrə yola salınıblar.

 

62.7 KB