Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayonunda fəaliyyət göstərən kənd mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüş keçirmişdir.

29.06.2021

Kənd mədəniyyət müəssisələrinin fəaliyyətində mövcud problemlərin həlli yollarının müəyyənləşməsi, həmçinin həmin müəssisələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, mədəniyyət sahəsində göstəricilərin yüksək səviyyəyə çatdırılması məqsədilə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Sabirabad rayonunda fəaliyyət göstərən kənd mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüş keçirmişdir.

Görüşdə çıxış edən idarə rəisi regionların mədəni inkişafı ilə bağlı görülən işlərdən, mədəniyyət sahəsində dövlət siyasətinin yeni istiqamətlərindən söz açmış, həmçinin kənd mədəniyyət müəssisələrinin fəaliyyətindən, mövcud çatışmazlıqlardan, onların həlli yollarından danışmışdır. Qeyd edildi ki, mədəniyyət müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri mövcud problemlər, onların həlli ilə bağlı təkliflərini daha aktiv şəkildə bildirməli, müasir dövrün tələblərinə uyğun yeni çağırış və hədəflərə doğru təşəbbüslər irəli sürməlidirlər.

Görüş iştirakçıların qarşılıqlı fikir mübadiləsi ilə davam etmişdir.

 

43.3 KB