Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası və kitabxana filiallarında müxtəlif layihələr hazırlanaraq həyata keçirilməkdədir

09.06.2021

  Müasir dövrdə kitabxanalarımızın üzərinə düşən vəzifələrdən biri də, oxucularımıza doğulub, boya-başa çatdığı diyarın tarixinin öyrənilməsindən başlayaraq, ölkəmizin tarixi, onun şəxsiyyətləri, etnoqrafiyası, mədəniyyəti, milli mənəvi dəyərləri və gələcək inkişaf perspektivləri barədə informasiya vermək, onların doğma torpağa, el-obasına məhəbbət və qayğı ilə yanaşılmasını tərbiyə etməkdən ibarətdir.

  Diyarşünaslığın təbliği məqsədi ilə vətənimizin hər bir guşəsi haqqında informasiyalar öyrənilərək yetişməkdə olan nəslə ötürülməlidir. Ona görə də, yeniyetmə və gənclərimizin dünyagörüşünün inkişafı və formalaşması üçün onların anadan olduğu diyarın tarixi, maddi-mənəvi sərvətləri, yetişdirdiyi şəxsiyyətlər, onların ictimai fəallığı və s. haqqında məlumatlar verən diyarşünaslıq ədəbiyyatının təbliği və bununla bağlı keçirilən tədbirlər  böyük əhəmiyyətə malikdir. Bu məqsədlə Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası və kitabxana filiallarında müxtəlif layihələr hazırlanaraq həyata keçirilməkdədir. Belə ki, mövzu ilə əlaqədar kitabxanalarımızda “Hacıqabuldan çıxan yollar”, “Bizim həmyerlilər”, “Hacıqabul Şəhidləri”, “Kəndimizin Şəhidləri” “Bizim tarix”, “Tarixi abidələrimiz” və s.adlı sərgilər təşkil olunmuşdur. Vaxtaşırı I və II Qarabağ Şəhidlərinin ailələri və məzarları ziyarət olunur, qazilərlə görüşlər keçirilir.

  Mərkəzi kitabxananın təşkilatçılığı ilə görkəmli həmyerlilərimizlə görüşlər keçirilmiş, rayonumuzun yetirmələri olan şair və yazıçılara həsr olunmuş ədəbi-bədii gecələr keçirilmişdir.Hal-hazırda bu tədbirlərin keçirilməsi mövcud pondemiya şəraiti və karantin qaydaları nəzərə alınmaqla,  ZOOM platforması ilə onlayn formatda   davam etdirilir.

 Son iki ay ərzində  “Bizim həmyerlilər” layihəsinə uyğun olaraq alim həmyerlimiz, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, əməkdar müəllim Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü  İbadulla Ağayev, Azərbaycan Tibb Universitetinin tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət  xanım  Qədirova, Riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru Rövşən Bəndəliyev ilə onlayn görüşlər keçirilmişdir.

 2021-ci ildə görkəmli həmyerlimiz-Xalq yazıçımız, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əzizə xanım Cəfərzadənin 100 illik yubileyidir.Bununla əlaqədar olaraq Hacıqabul rayon Mərkəzi kitabxanasında "Tədbirlər planı" tərtib olunmuşdur.Tədbirlər planının əsasında yazıçımızın həyat və yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlər hazırlanaraq həyata keçirilməkdədir.

 Belə tədbirlərdən biri də 21 may 2021-ci il tarixdə yubiliyarın oğlu Turan Cəfərzadə ilə keçirilən  görüş olmuşdur. Tədbirin maraqlı anlarından biri isə iştirakçıların virtual olaraq aləmdə səsi, ədəbiyyatımızda izi qalan Əzizə xanımın ev muzeyinə səyahət etmələri olmuşdur.Bu  tədbirlərin davamı olaraq  ilin sonuna kimi Əzizə Cəfərzadənin Hacıqabul rayonunun Tağılı kəndindəki məzarının ziyarət olunması və həmin kənddə yazıçımızın həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecənin keçirilməsi nəzərdə tutulmuşdur.

 Bundan əlavə layihəmizə uyğun olaraq digər görkəmli həmyerlilərimizlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır.

 

43 KB

 

41 KB

 

56 KB