Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Qızıl beşlik” adlı könüllülərarası bilik yarışması keçirilmişdir

07.06.2021

07 iyun 2021-ci tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsi və Sabirabad rayon Gənclərin İnkişafı və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Qızıl beşlik” adlı könüllülərarası bilik yarışması keçirilmişdir. Yarışmada Mədəniyyət, Gənclərin İnkişafı və Karyera Mərkəzi, ASAN xidmət, Dövlət Aqrar İnkişaf Mərkəzi və Yeni Azərbaycan Partiyası könüllüləri də olmaqla ümumilikdə 5 ayrı təşkilatdan olan könüllülər iştirak etmişdir. Final mərhələsində daha çox xal toplayan Gənclərin İnkişafı və Karyera Mərkəzinin könüllüləri 1-ci, Mədəniyyət könüllüləri 2-ci, Dövlət Aqrar İnkişaf Mərkəzi könüllüləri isə 3-cü yerə layiq görülmüşdür. Qalib komanda Kubok, Fəxri Fərman və hədiyyələrlə təltif edilmişdir.

 

215.9 KB