Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Mədəni kənd – mədəni mühit” layihəsi çərçivəsində silsilə tədbirlər davam etdirilir

04.06.2021

Kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilən “Mədəni kənd – mədəni mühit” layihəsi çərçivəsində silsilə tədbirlər davam etdirilir.

02 iyun 2021-ci il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evi, kənd tam orta məktəbi və kənd kitabxanasının birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi-880” adlı tədbir keçirilmişdir.Tədbirdə Nizami Gəncəvinin əsərlərindən ibarət kitab sərgisi təşkil olunmuş, kənd orta məktəbin şagirdlərinin ifasında şairin şeirləri səsləndirilmişdir. Eyniadlı tədbir Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Əliabad kənd filialı tərəfindən də həyata keçirilmişdir. 

03 iyun 2021-ci il tarixdə  Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Qırağlı kənd kitabxana filialında Xalq şairi Səməd Vurğunun anadan olmasının 115 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə şairin həyat və yaradıcılığına aid mühazirələr oxunmuş, əsərlərindən ibarət kitab sərgisi təşkil edilmişdir.

Əhalinin, xüsusilə kənd sakinlərinin mədəni tələbatının ödənilməsində kənd mədəniyyət müəssisələrinin fəallığının və cəlbediciliyinin artırılması məqsədi daşıyan layihə çərçivəsində Sabirabad rayon Mədəniyyət Mərkəzinin Nizami kənd Mədəniyyət evində, Qaragüney kənd Yaradıcılıq evində, Bulaqlı kənd Folklor evində, Yeni Güdəcühür qəsəbə Klub İcma Mərkəzində, həmçinin Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Yeni Güdəcühür qəsəbə kitabxana filialında, Əhmədabad və Bulaqlı kənd kitabxana filiallarında 1 iyun — Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə kəndlərdə yaşayan azyaşlı və məktəblilər iştirak etmiş, onların ifasında şeirlər və şən musiqilər səsləndirilmişdir.

Bundan əlavə, 04 iyun 2021-ci il tarixdə Sabirabad rayon Mədəniyyət Mərkəzinin  Minbaşı kənd Mədəniyyət evi tərəfindən də Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar tədbir keçirilmiş,  dahi şairin həyat və yaradıcılığına aid çıxışlar edilmiş, əsərlərindən ibarət sərgiyə baxış keçirilmiş, məktəblilər şairin qələmindən çıxan şerlər səsləndirilmişlər.

Layihə çərçivəsində tədbirlər davam etdirilir.

 

187 KB