Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Nizami-880” adlı kitab sərgisi təşkil olunmuşdur.

03.05.2021

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Sabirabad regional "ASAN xidmət" Mərkəzinin birgə təşkilatçılığı ilə Asan Xidmət Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Nizami-880” adlı kitab sərgisi təşkil olunmuşdur. Tədbirdə həm Nizami Gəncəvinin həm də dünya ədəbiyyatı yazarlarının əsərləri sərgilənmiş, oxucular tərəfindən böyük marağa səbəb olmuşdur. Tədbirdə iştirak edən məktəblilər Nizami Gəncəvinin “Varlığın”, “Sənsiz”, “Kərpickəsən kişinin dastanı”, “Ata nəsihəti” şeirlərini səsləndirmişlər. Bununla yanaşı Mərkəzi kitabxananın əməkdaşları ilə vətəndaşlar arasında Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında maarifləndirici söhbətlər aparılmış, kitabxana tərəfində hazırlanmış, böyük şairə həsr olunmuş bukletlər vətəndaşlara təqdim olunmuşdur.

 

364.4 KB

 

425.2 KB