Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən şəhid ailələrinə qayğı davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.

03.05.2021

03 may 2021-ci il tarixdə Sabirabad Regional  Mədəniyyət  İdarəsinin rəisi  Fərid Qurbanzadə və rəis müavini Əziz  Abbasov, idarənin Hacıqabul rayon üzrə nümayəndəsi Elnur Əmiraslanov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş Şirvan şəhərindən şəhid Bağırov Süleyman Loğman oğlunun və şəhid Hümmətov Emil Tərlan oğlunun, həmçinin Hacıqabul rayonundan şəhid Balabəyov Pərviz Tofiq oğlu və şəhid Zeynalov Qubad İslam oğlunun ailələrini ziyarət etmişlər.
Görüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, barələrində xoş təəssüratlar danışılıb, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açılıb. İdarə rəhbəri qeyd edib ki, şəhidlərimizin xatirəsini əziz tutmaq, onların ailələrinə qayğı ilə yanaşmaq həm vətəndaşlıq borcumuz, həm də ən əsas vəzifələrimizdəndir.
Görüşlərdə şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

 

111.6 KB

 

114.7 KB

 

210.6 KB