Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

II Qarabağ müharibəsi zamanı şəhid olmuş Ənnağıyev Babək Oqtay oğlunun doğum günü ilə əlaqədar Qasımbəyli kəndində mərasim keçirildi.

28.04.2021

28 aprel 2021-ci il tarixində II Qarabağ müharibəsi zamanı şəhid olmuş Ənnağıyev Babək Oqtay oğlunun doğum günü ilə əlaqədar doğulub boya başa çatdığı Sabirabad rayonu Qasımbəyli kəndində mərasim keçirildi. Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi ilə bərabər rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edildi, ruhuna dualar oxundu. Mərasimdə şəhidin atası, ziyalılar iştirak edib. Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir.Şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur.

 

1.1 MB

 

1.5 MB

 

1.4 MB