Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Mərkəzi kitabxanasında yazıçı və ədəbiyyatşünas, əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan olmasının 113–cü ildönümü ilə əlaqədar tədbir keçrilmişdir.

23.04.2021

23 Aprel 2021-ci il tarixdə Sabirabad rayon Mərkəzi kitabxanasında yazıçı və ədəbiyyatşünas, əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan olmasının 113–cü ildönümü ilə əlaqədar tədbir keçrilmişdir. Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, idarənin və Mərkəzi kitabxananın əməkdaşları iştirak etmişlər. İştirakçılar Mir Cəlal Paşayevin əsərlərindən hazırlanmış kitab sərgisinə baxış keçirmişdir. Daha sonra Mir Cəlal Paşayevin həyat və fəaliyyətindən, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən bəhs edən videoçarx nümayiş olunmuş, habelə ədəbiyyatşünas alimin yaradıcılığı haqqında geniş məlumat verilmişdir.

 

1.1 MB

 

1 MB