Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Qəlblərə səslənən səs” adlı onlayn konfrans keçirilmişdir.

19.04.2021

19 aprel 2021-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə opera sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti, “İstiqlal” ordenli Lütfiyar İmanovun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Qəlblərə səslənən səs” adlı onlayn konfrans keçirilmişdir.

Sabirabad rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şükufə Əsgərova giriş sözü ilə çıxış etmişdir.

Daha sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək görkəmli sənətkarımızın Azərbaycan və dünya mədəniyyətində tutduğu yerdən söz açmış, bu böyük şəxsiyyətin zəngin yaradıcılıq irsinin yeni sənətkarlar nəsli üçün örnək olduğunu vurğulamışdır.

Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Respublikasının əməkdar artisti Bəsti Sevdiyeva, , Musiqi Mədəniyyəti Muzeyinin fond mühafizi Sevinc Əliyeva çıxış edərək, Lütfiyar İmanovla bağlı xatirələrini, ürək sözlərini iştirakçılarla bölüşmüşlər.

Sonda Lütfiyar İmanovun oğlu Rauf İmanov atası ilə bağlı xatirələrini bölüşmüş və tədbirin təşkil edilməsindən dolayı minnətdarlığını bildirmişdir.

Tədbirin bədii hissəsində Lütfiyar İmanovun tələbəsi, tanınmış opera sənətçisi İlham Əsgəroğlunun və Sabirabad şəhər Uşaq Musiqi məktəbinin müəllimi Sərxan Baxşıyevin ifalarında səslənən musiqilər tədbirə xüsusi rəng qatmışdır.

Bundan əlavə Sabirabad rayon Mədəniyyət Mərkəzində sərgi açılmış, təşkil olunmuş sərgidə görkəmli sənətkarımızın şəxsi sənədləri, səhnə kostyumları, qrim ləvazimatları, not kitabları, valları, özünün çəkdiyi rəsm əsərləri, müxtəlif dönəmlərdə oynadığı obrazların fotoşəkilləri və s. bu kimi əşyalar nümayiş olunmuşdur.

 

 

133.6 KB

 

324.8 KB

 

133.5 KB