Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Sabirabadda qeyd olundu

17.04.2021

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəsi,baş mütəxəssis İntiqam Ağamalıyev ilə birgə Sabirabad rayonu Şıxlar kəndində yerləşən Səfəvilər dövrünə aid tarixi memarlıq abidəsi, XVI əsrə aid olan (1585-ci il) “Baba Samid” türbəsi ziyarət edilmiş, türbənin tarixi haqqında araşdırmalar əsasında məlumat verilmişdir. Türbə ziyarətindən sonra  rayon ərzisində yerləşən XIX əsrə aid tarixi abidə olan “hamam”a və 2006-cı ildə rayonun girişində ucaldılmış “Şəhidlər xiyabanı” xatirə kompleksinə baxış keçirilib,tarixi abidələrin mühafizəsinin əhəmiyyəti nəzərə çatdırılıb. Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.

 

67.6 KB

 

95.5 KB

 

105 KB