Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

15 aprel - Dünya İncəsənət Günü ilə əlaqədar təltif

15.04.2021

15 aprel 2021-ci il tarixdə Saatlı rayon "Adıgün" Türk Xalq Folklor kollektivinin üzvləri Sabirabad Regional Mədəniyyət İdarəsində qonaq olmuşlar. İdarə rəisi Fərid Qurbanzadə kollektiv üzvlərini qəbul etmiş, kollektivin fəaliyyətləri, onların beynəlxalq və respublika tədbirlərində uğurları haqqında söhbət açılmışdır. “Adıgün” Türk Xalq Folklor Kollektivi 1970-ci ildən fəaliyyət göstərir. 1987-ci ildə folklor mahnı və rəqs ansamblı II Respublika xalq yaradıcılığı festivalının laureatı olmuş, dəfələrlə Moskvada, Bakıda, Şimali Kiprdə və Türkiyədə çıxışlar etmiş, radio və televiziyada  konsertlər vermişdir. Daha sonra  İdarə rəisi Sabirabad rayon “Axısxa Halay-Türk” Folklor rəqs kollektivinin üzvlərini qəbul etmiş, onlarla səmimi söhbət aparılmış, kollektiv rəhbəri kollektivin  fəaliyyəti haqqında məlumat vermişdir. Əhmədabad kənd Folklor evinin “Axısxa Halay-Türk” folklor qrupu 1985-ci ildən fəaliyyətə başlamışdır. Türk xalqlarının rəqs nümunələrini nümayiş etdirməklə bərabər, milli xalq rəqslərimizi, adət -ənənələrimizi yaşatmaqda davam etdirir. Kollektiv dövlət tədbirlərində, festivallarda,  həmçinin ölkə xaricində olan qastrol səfərlərində rəngarəng çıxışları ilə alqışlarla qarşılanırlar. 15 aprel Dünya İncəsənət Günü münasibətilə mədəni tədbirlərdə milli mədəniyyətimizi layiqincə təmsil etdiklərinə və mədəniyyətimizin təbliğində fəal iştiraklarına görə hər iki kollektiv Fəxri Fərmanlarla təltif olunmuşdur.

 

1.1 MB

 

1.1 MB