Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

XIX əsr Azərbaycan ədəbiyyatının klassiki Mirzə Baxış Nadim anıldı

14.04.2021

14 aprel 2021-ci il tarixdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə XIX əsr Azərbaycan ədəbiyyatının klassiki, ədəbiyyatımızda satiranın banilərindən biri, hacıqabullu şair Mirzə Baxış Nadimə həsr olunmuş videokonfrans keçirildi. Konfransda tədbirin təşəbbüsçüsü, veteran ziyalı Mübariz Xəlilov, Mərkəzin direktoru Aytən Zülfəliyeva və baş fond mühafizi Məhəmməd İsayev ilə bərabər, Nadimin son illərdə işıq üzü görmüş iki kitabını nəşrə hazırlayanlardan, tərtib edənlərdən və elmi redaktorlarından biri, filologiya elmləri doktoru, professor, AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, Multidissiplinar əlyazmalar və çap kitabları şöbəsinin müdiri Paşa Əli (Əli Kərim) oğlu Kərimov; şəhər 5 saylı tam orta məktəbin direktoru Gülüstan Almazova, həmin məktəbin dil-ədəbiyyat müəllimi Aidə Hüseynova, şəhər 2 saylı məktəbin dil-ədəbiyyat müəllimi Lətifə Hüseynova, şairin nəticəsi Malik Baxşıyev çıxış etdilər, rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin  Mərkəzdə fəaliyyət göstərən 2 saylı filialının kitabxanaçısı Şəhla Salmanova, şairin digər nəticəsi Əlif Baxşıyev və çoxsaylı rayon sakinləri dinləyici olaraq konfransın iştirakçısı oldular. Mərkəzin direktoru A.Zülfəliyeva giriş sözü ilə konfransı açdıqdan sonra sözü baş fond mühafizi M. İsayevə verdi  və o, M.B.Nadimin Azərbaycan ədəbiyyatındakı mövqeyindən və şairin son illərdə nəşr olunmuş kitablarından, onunla bağlı rayonun Navahı kəndində və Bakıda, Əlyazmalar İnstitutundə keçirilmiş tədbirlərdən danışdı. Bu kitab və tədbirlərlə bağlı Paşa və Mübariz müəllimlərin, eləcə də həmin kitabların digər nəşrə hazırlayanı, tərtib edəni və elmi redaktoru, filologiya elmləri doktoru, professor Raqub Şahmar oğlu Kərimovun xidmətlərindən danışdı. Professor Paşa  Kərimov Nadim və onun yaradıcılığı, əlyazmaları və nəşr olunmuş əsərləri barədə ətraflı şəkildə danışdı, şairin yeni əsərlərinin üzə çıxarılacağına ümid etdiyini bildirdi, Nadimin həyat və yaradıcılığı barəsində monoqrafiya hazırladığı barədə məlumat verdi. O, Mirzə Baxışın əsərlərinin çap olunması, kitablarının təqdimatı işində hacıqabullu ziyalı M.Xəlilovun xidmətlərini də xüsusi olaraq qeyd etdi. Mübariz Xəlilov Nadimin əsərlərinin nəşri, kitablarının təqdimatı, şairin özünün və yaxınlarının məzarlarının axtarışı istiqamətində görülmüş işlərdən ətraflı bəhs etdi. Konfransda iştirak edən dil-ədəbiyyat müəllimləri: G. Almazova, A.Hüseynova və L.Hüseynova Paşa müəllimi ehtiramla salamladılar, eləcə də tədbirin təşkilinə  görə Mərkəzin direktoruna və tədbirin təşəbbüsçüsünə minnətdarlıqlarını bildirdilər. Gülüstan Almazova həm də Əli Kərim kimi, həyatdan vaxtsız getmiş dayısı, şair Sabir Almazovdan danışdı, onun əsərlərinin də, Nadimə oxşar olaraq, vaxtında nəşr olunmamasını qeyd etdi. Aytən müəllimə Nadimin qəzəllərindən birini səsləndirdikdən sonra Malik Baxşıyev şairin nəslinin nümayəndəsi olaraq, tədbirə görə təşəbbüsçü, təşkilatçı və iştirakşılara minnətdarlığını bildirdi.

 

68 KB

 

49.3 KB