Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Beynəlxalq Sülh Günü münasibətilə rəsm əsərlərindən ibarət əsərlərinin sərgisi təşkil olunmuşdur.

21.09.2021

21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin mövzu ilə əlaqədar rəsm əsərlərindən ibarət əsərlərinin sərgisi təşkil olunmuşdur.
Sərgidə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və idarə əməkdaşları iştirak etmişdir. Nümayiş olunan rəsm əsərlərinin müəllifləri olan dərnək üzvləri həmin əsərlər haqqında idarə rəisinə ətraflı məlumat vermişlər.
Sonda sülh rəmzi olan göyərçinlər havaya buraxılmışdır.