Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Region haqqında
Səhiyyə

Hacıqabul

Hacıqabul Rayon səhiyyəsinin strukturu

Hacıqabul rayonunun tibb şəbəkəsi 76 çarpayılıq Hacıqabul Mərkəzi Rayon Xəstəxanası, 15 çarpayılıq Uşaq Tibb Mərkəzi, 15 çarpayılıq Udulu Kənd Sahə Xəstəxanası, 10 Kənd Həkim məntəqəsi, 12 Tibb Məntəqəsi və Gigiyena-Epidemiologiya Mərkəzindən ibarətdir.
Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının 50 çarpayılıq yeni korpusu 2007-ci ildə istifadəyə verilmiş, B.M.Litvinçuk küçəsi 8 ünvanında yerləşir. Bu korpus üç mərtəbədən ibarətdir. Burada cərrahiyyə şöbəsi ( travmatologiya ilə birlikdə), doğum şöbəsi (ginekologiya ilə birlikdə) və poliklinika şöbəsi vardır. Poliklinika şöbəsində terapevtik, endokrinoloji, nevroloji, stomatoloji, mama-ginekoloji, fizioterapevtik, rentgenoloji kabinetlər, laboratoriya, aptek və sterilizasiya otaqları fəaliyyət göstərir. Mərkəzi Rayon Xəstəxanasının yeni korpusunun geniş və abad həyətyanı sahəsi mövcuddur. Bu sahəyə yüzlərlə ağac və gül kolları əkilmiş, həyətyanı sahə yaşıllığa bürünmüşdür.
Hacıqabul Uşaq Tibb Mərkəzinin, 23 avqust 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuşdur. Həmin Tibb Mərkəzi yüksək keyfiyyətlə tikilib istifadəyə verilmiş, cənab Prezidentin iştirakı ilə 2009-cu il sentyabr ayının 5-də açılışı olmuşdur.
Hacıqabul Uşaq Tibb Mərkəzi B.M.Litvinçuk küçəsi 7 ünvanında yerləşir. Mərkəz iki mərtəbədən ibarətdir. Mərkəzin birinci mərtəbəsində poliklinika şöbəsi, ikinci mərtəbəsində isə stasionar hissə olan 15 çarpayılıq uşaq somatik şöbəsi yerləşir. Stasionar hissənin daxilində müasir aparatlarla təchiz olunmuş reanimasiya-intensiv terapiya bloku vardır. Uşaq Tibb Mərkəzinin poliklinika şöbəsində oftalmoloji, stomatoloji, nevroloji, travmatoloji, pediatrik, burun-qulaq-boğaz, fizioterapevtik, peyvənd, USM kabinetləri və uşaq oyun zalı vardır. Bütün bu kabinetlər müasir tibbi aparatlar və avadanlıqla təchiz olunmuşlar.

Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının inzibati strukturu aşağıdakı kimidir:
Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının baş həkimi - Qarayev Beydulla Ərəstun oğlu
Baş həkimin müalicə işləri üzrə müavini - İsmayılova Fatma İsmayıl qızı
Baş həkimin təşkilati-metodiki işlər üzrə müavini - Bəşirov Hafis Dəmir oğlu
Ümumiyyətlə 76 çarpayılıq Hacıqabul Mərkəzi Rayon Xəstəxanası (xəstəxananın köhnə binası ilə birlikdə) aşağıdakı şöbələrdən ibarətdir:

1. Terapiya şöbəsi - Şöbə müdiri Səfiyeva Firuzə Mahmud qızı
Mərkəzi Rayon Xəstəxanasının 20 çarpayılıq terapiya şöbəsi Hacıqabul şəhərinin B.İbrahimov küçəsi -5 ünvanında, uyğunlaşdırılmış binada yerləşir. Bu şöbədə ümumi terapevtik, kardioloji, pulmonoloji və nevroloji xəstələr müalicə olunurlar.

2. Cərrahiyyə şöbəsi - Şöbə müdiri Həmidov Hacıqulu Yedyar oğlu
Mərkəzi Rayon Xəstəxanasının 30 çarpayılıq cərrahiyyə şöbəsi (20 cərrahi, 10 travmatoloji çarpayı) yeni korpusun III mərtəbəsində yerləşir. Bu şöbənin nəzdində anestezioloji, reanimasion-intensiv terapiya və əməliyyat bloku mövcuddur. Şöbə müasir tibbi aparat və avadanlıqlarla təchiz olunmuşdur. Bu şöbədə ümumi cərrahi, uroloji, neyrocərrahi, mama-ginekoloji, travmatoloji əməliyyatlar icra edilir.

3. Doğum şöbəsi - Şöbə müdiri Həmzəyeva Rəfiqə Ağarza qızı
Mərkəzi Rayon Xəstəxanasının 20 çarpayılıq doğum şöbəsi (15 doğum, 5 ginekoloji çarpayı) yeni korpusun II mərtəbəsində yerləşir. Bu şöbədə fizioloji və patoloji hamiləliyi olanlar, mama ginekoloji əməliyyatlara məruz qalan xəstələr, və s. müalicə olunurlar.

4. Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsi
Konsultativ poliklinika şöbəsinin müdiri - vakant.
Mərkəzi poliklinika yeni korpusun II mərtəbəsində yerləşir, bir sıra kabinetlərdən (terapevtik, nevroloji, stomatoloji, endokrinoloji, fizioterapevtik, laboratoriya və s.) ibarətdir. Poliklinika əhaliyə ambulator tibbi xidmət göstərir. Əhalini müvafiq xəstəliklər üzrə dispanser qeydiyyatına alır, onları müşahidə və nəzarətdə saxlayır.

5. Qadın məsləhətxanası şöbəsi - Şöbə müdiri Ələkbərova Sevil Surxay qızı
Qadın məsləhətxanası yeni korpusun II mərtəbəsində yerləşir. Qadın məsləhətxanasının iş prinsipi rayon əhalisi arasında hamilə qadınları vaxtında aşkar etmək, onları qeydiyyata götürmək, lazım olan bütün müayinələrdən keçirmək, mama-ginekeloji kontingenti daima müşahidə və nəzarətdə saxlamaq, lazım gəldikdə ambulator və ya stasionar müalicəyə cəlb etməkdən ibarətdir.

6. Təcili tibbi yardım şöbəsi - Şöbə müdiri Kazımova Sevinc Niyaz qızı
Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi B.İbrahimov küçəsi 5 ünvanında xəstəxananın köhnə binasında yerləşir. Bu şöbənin işi əhali tərəfindən edilən çağırışlara, rayon ərazisində baş verən qəza hadisələri zamanı olunan müraciətlərə vaxtlı-vaxtında çatmaq, bütün təcili və təxirəsalınmaz yardımları yerindəcə göstərmək, lazım gəldikdə xəstələri yüksək ixtisaslı tibbi yardım göstərən hər hansı tibb ocaqlarına çatdırmaqdan ibarətdir.

Hacıqabul Uşaq Tibb Mərkəzi

Qeyd edildiyi kimi Uşaq Tibb Mərkəzi stasionar və poliklinika şöbələrindən ibarətdir.
Uşaq Tibb Mərkəzinin stasionar şöbəsinin müdiri - Qəmbərov Əlgüllah Əli oğlu
Hacıqabul Uşaq Tibb Mərkəzinin stasionar şöbəsi Hacıqabul şəhəri, B.M.Litvinçuk küçəsi 7 ünvanında Mərkəzin II mərtəbəsində yerləşir. Şöbə uşaqlarda somatik xəstəliklərin müalicəsi ilə məşğuldur.
Uşaq Tibb Mərkəzinin poliklinika şöbəsi - şöbə müdiri Məmmədova Məryəm Şıxalı qızı

Mərkəzin poliklinika şöbəsi uşaq və yeniyetmələr arasında ambulator müşahidə və müalicəni həyata keçirir. Uşaq və məktəblilər arasında müayinə, peyvənd işlərinin aparılmasını təmin edir.

15 çarpayılıq I Udulu Sahə xəstəxanası 1-ci Udulu kəndində yerləşir, baş həkimi Şahverdiyev Gülağa Həsən oğlu
Udulu kəndləri massivində ambulator və stasionar müalicə işlərini həyata keçirir.

Həkim məntəqələri aşağıdakılardır:
1. Navahı Həkim məntəqəsi - Navahı kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.
2. Navahı qəsəbə Həkim məntəqəsi - Navahı qəsəbəsində yaşayan əhaliyə ambulator tibbi xidmət göstərir.
3. Meyniman Həkim məntəqəsi - Meyniman kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.
4. Talış Həkim məntəqəsi - Talış kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.

5. Atbulaq Həkim məntəqəsi - Atbulaq kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.

6. Abdulabad Həkim məntəqəsi - Abdulabad kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.

7. Qarasu Həkim məntəqəsi - Qarasu kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.

8. Muğan Həkim məntəqəsi - Muğan qəsəbəsində yaşayan əhaliyə ambulator tibbi xidmət göstərir.

9. Rəncbər Həkim məntəqəsi - Rəncbər kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.

10. Qubalıbalaoğlan Həkim məntəqəsi - Qubalıbalaoğlan kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.


Tibb məntəqələri aşağıdakılardır:
1. Qubalı Tibb məntəqəsi - Qubalı kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.
2. II Udulu Tibb məntəqəsi - Tava kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.
3. Tağılı Tibb məntəqəsi - Tağılı kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.
4. Cəngən Tibb məntəqəsi - Cəngən kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.
5. 1-ci Paşalı Tibb məntəqəsi - Şorbaçı və 1-ci Paşalı kəndlərinin əhalisinə ambulator tibbi xidmət göstərir.
6. Pirsaat Tibb məntəqəsi - . Pirsaat qəsəbəsində yaşayan əhaliyə ambulator tibbi xidmət göstərir.
7. Ağacanlı Tibb məntəqəsi - Ağacanlı kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.
8. Ələtli Tibb məntəqəsi - Ələtli kəndində kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.
9. Kürçülü Tibb məntəqəsi - Kürçülü kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.
10. Qızılburun Tibb məntəqəsi - Qızılburun kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.
11. Kolanı Tibb məntəqəsi - Kolanı kəndi əhalisinə ambulator tibbi xidmət göstərir.
12. Padar Tibb məntəqəsi - Padar qəsəbəsində yaşayan əhaliyə ambulator tibbi xidmət göstərir.

 

Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzi

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru:
Əmirov Coşqun Tahir oğlu

Gigiyena və Epidemiologiya Mərkəzi 2 şöbədən ibarətdir.
1. Sanitariya gigiyena şöbəsi
2. Epidemiologiya şöbəsi
Sanitariya gigiyena şöbəsi aşağıdakı bölmələri əhatə edir. Qida, kommunal, uşaq və yeniyetmə, əmək gigiyenası bölmələri.
Sanitariya gigiyena şöbəsi insanların sağlamlığına təsir edəcək zərərli faktorların aradan qaldırılması və onların yaşayış həyat tərzinin sağlamlaşdırılması istiqamətində profilaktik tədbirləri yerinə yetirir. Epidemiologiya şöbəsi bakteriologiya, parazitologiya və dezinfeksiya bölmələrini əhatə edir. Epidemiologiya şöbəsi yoluxucu və parazitar xəstəliklərin aşkar edilməsi və onların aradan qaldırılması məqsədilə profilaktiki tədbirlər həyata keçirir.
GEM-in inzibati binası olmadığı üçün Mərkəzi Rayon Xəstəxanasının balansında olan uyğunlaşdırılmış binada yerləşir. Mərkəzin ümumi ştat sayı 58, hal-hazırda 39 nəfər işçi çalışır.
Hacıqabul Dəmir yol xəstəxanası

Dəmir Yol Xəstəxanasının baş həkimi:
Quliyev Ağalar Əliqardaş oğlu
Hacıqabul Dəmir yol xəstəxanasının tibb xidmət şəbəkəsini 1 xəstəxana, 1 poliklinika, Hacıqabul Vaqon deposunda, Şirvan şəhərinin Kür su kəmərləri idarəsində, Muğan, Qarasu və Padar stansiyalarında yerləşən feldşer-mama məntəqələri əhatə edir.
Dəmir yol xəstəxanası 60 çarpayıdan ibarətdir.
Xəstəxanada 20 çarpayılıq terapiya şöbəsi fəaliyyət göstərir. Şöbənin müdiri Quliyeva Günel.
20 çarpayılıq cərrahiyyə şöbəsi fəaliyyət göstərir. Şöbənin müdiri Baxşıyev Akif
20 çarpayılıq doğum şöbəsi fəaliyyət göstərir. Şöbənin müdiri Manafova Rəfiqə.
Ümumiyyətlə Dəmir yol xəstəxana sistemində 131 tibb işçisi çalışır. Tibb personalının 12 nəfəri həkim, 73 nəfəri isə orta ixtisas təhsilli tibb işçiləridir. Onlardan 122 nəfəri şəhərdə, 9 nəfər isə qəsəbə və kəndlərdə fəaliyyət göstərir.