Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Hacıqabul

Rayon Təhsil Şöbəsinin müdiri:
Məmmədov Şükür Ömürmalı oğlu

Hacıqabul rayon Təhsil Şöbəsi 1990-cı ildən fəaliyyət göstərir. Rayonda 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə, 3 məktəbəqədər müəssisə fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 3-ü ümumi orta, 29-u tam orta məktəbdir. Tam orta məktəblərdən biri beynəlmiləl, 1-i məktəb lisey kimi fəaliyyət göstərir. Rayonun tam orta məktəblərindən 9-u rayon mərkəzində yerləşir. 2012-2013-cü dərs ilində rayonun ümumtəhsil məktəblərində 9473 nəfər şagird təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 823 nəfər müəllim məşğul olur. Məktəblərdən 20-i birtipli layihə əsasında tikilmiş binada, 12-i isə uyğunlaşdırılmış binada fəaliyyət göstərir.
Son 7 ildə 3240 yerlik 11 yeni məktəb binası tikilmiş, 5 məktəbdə 35 əlavə sinif otağı tikilmiş, 9 məktəbin binası əsaslı təmir olunmuşdur. Belə ki, 2005-ci ildə Udulu kənd tam orta məktəbi üçün 240 yerlik, Qubalı kənd ümumi orta məktəbi üçün 100 yerlik, 2006-cı ildə Qızılburun kənd tam orta məktəbi üçün 240 yerlik, 2007-ci ildə Padar qəsəbə tam orta məktəbi üçün 420 yerlik, 2008-ci ildə şəhər 8 №-li məktəb-lisey üçün 640 yerlik, 9 №-li tam orta məktəb üçün 240 yerlik, 2009-cu ildə Tava kənd tam orta məktəbi üçün 220 yerlik, 2010-cu ildə Qarasu kənd tam orta məktəbi üçün 640 yerlik, Kürçülü kənd ümumi orta məktəbi üçün 240 yerlik yeni məktəb binaları, 2012-ci ildə Pirsaat qəsəbə tam orta məktəbi üçün 180 şagird yerlik və Tağılı kənd tam orta məktəbi üçün 80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Bundan əlavə, 2005-ci ildə Qarasu kənd tam orta məktəbində 100 yerlik 5 əlavə sinif otağı, 2007-ci ildə Kolanı kənd tam orta məktəbində 120 yerlik əlavə 6 əlavə sinif otağı və Abdulabad kənd tam orta məktəbində 80 yerlik 4 əlavə sinif otağı, 2012-ci ildə Rəncbər kənd tam orta məktəbində 200 yerlik 10 əlavə sinif otağı, Qubalı kənd tam orta məktəbində 140 yerlik 7 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Bunlarla yanaşı 2006-cı ildə Navahı qəsəbə 2 №-li tam orta məktəbin, 2007-ci ildə şəhər 1 №-li tam orta məktəbin, 2008-ci ildə şəhər 3 №-li və 6 №-li tam orta məktəblərin, 2010-cu ildə şəhər 2 №-li və Ağacanlı kənd tam orta məktəblərin, 2011-ci ildə Atbulaq kənd tam orta məktəbin binası, 2012-ci ildə Rəncbər kənd tam orta məktəbi və Meynəman kənd tam orta məktəbin binaları əsaslı təmir olunmuşdur. Məktəblərə son 7 ildə 260 müəllim masası, 250 müəllim stulu, 230 yazı lövhəsi, 1700 dəst parta verilmişdir. Həmin müddətdə məktəblərə 365 dəst kompüter verilmişdir.

Məktəbdənkənar müəssisələr:
Uşaq Gənclər İdman Məktəbində boks, voleybol, futbol bölmələrində 181 nəfər, Uşaq Gənclər Şahmat İdman Məktəbində 1 adda bölmədə 186 nəfər, Uşaq Yaradıcılıq Mərkəzində 7 adda dərnəkdə 104 nəfər, Texniki Yaradıcılıq Mərkəzində 7 adda dərnəkdə 126 nəfər şagird məşğul olur.

Son 5 ildə ali məktəbə qəbul olunanlardan 10 nəfəri 600-dən yuxarı bal toplamışlar.

2008-ci ildə 3 nəfər:
Quliyeva Günay Tofiq qız - Şəhər 1 №-li tam orta məktəbin məzunu.
628 balla Qafqaz Universitetinə qəbul olunmuş;

İsayev Hüseyn Məhəmməd oğlu - Şəhər 5 №-li tam orta məktəbin məzunu.
653 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş;
Fətəlibəyli Elvin Bəkdəmir oğlu - Şəhər 4 №-li beynəlmiləl tam orta məktəbin məzunu.
660 balla Bakı dövlət Universitetinə qəbul olunmuşdur.

2009-cu ildə 3 nəfər:
Heydərli Əliheydər Eldar oğlu - Şəhər 5 №-li tam orta məktəbin məzunu.
604 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş;
Aslanzadə Vüqar Firudin oğlu - Muğan qəsəbə tam orta məktəbin məzunu.
645 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş;
Məmmədova Günay Əbülfəz qızı - Rəncbər kənd tam orta məktəbin məzunu.
655 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur.

2010-cu ildə 1 nəfər:
Məmmədova Gülər Hüseyn qızı - Rəncbər kənd tam orta məktəbin məzunu.
631 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur.

2011-ci ildə 3 nəfər:
Almazova Nərmin Sahib qızı - Şəhər 8 №-li humanitar təmayüllü məktəb - liseyin məzunu.
670 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş;
Nəcəfquluzadə İsmayıl Famil oğlu - Talış kənd tam orta məktəbin məzunu.
672 balla Azərbaycan Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş;
Mənsimov Məhəmməd Zahid oğlu - Rəncbər kənd tam orta məktəbin məzunu.
619 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur.

Ali məktəbə qəbul olunan şagirdlərdən 2 nəfəri: Rəncbər kənd tam orta məktəbinin məzunu Məmmədova Günay Əbülfəz qızı, Talış kənd tam orta məktəbin məzunu Nəcəfquluzadə İsmayıl Famil oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Prezident təqaüd"ünə layiq görülmüşdür.
Rayonun pedaqoji işçilərindən 10 nəfəri Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif olunmuşdur.

"Əməkdar müəllim" fəxri adına 6 nəfər müəllim layiq görülmüşlər:
Məmmədov Şükür Ömürmalı oğlu - Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri.
Təhməzova İradə Hacı qızı - Şəhər 4 №-li beynəlmiləl tam orta məktəbin ali təhsilli tarix müəllimi.
Əmiraslanov Mehman Bazar oğlu - Talış kənd tam orta məktəbin ali təhsilli tarix müəllimi.
Abasova Xədicə Yavər qızı - Şəhər 1 №-li tam orta məktəbin ali təhsilli tarix müəllimi.
İbrahimov Əlisoltan Hacıbala oğlu - Rəncbər kənd tam orta məktəbin direktor
Rəsulova Səbinə Əlbala qızı - Şəhər 1 №-li tam orta məktəbin ali təhsilli biologiya müəllimi


"Tərəqqi" medalına 4 nəfər müəllim layiq görülmüşlər:
Əhmədov Əzizağa Əvəz oğlu - Qızılburun kənd tam orta məktəbin coğrafiya müəllimi.
Baxşıyeva Amalya Sədi qızı - Şəhər 1 №-li tam orta məktəbin ali təhsilli ibtidai sinif müəllimi.
Məmmədova Növrəstə Novruzəli qızı - Şəhər 5 №-li tam orta məktəbin ali təhsilli ibtidai sinif müəllimi.
Məmmədov Mirsaleh Mirabbas oğlu - Talış kənd tam orta məktəbin direktoru.

2010-cu ildə şəhər 1 №-li tam orta məktəbin ali təhsilli biologiya müəllimi Rəsulova Səbinə Əlibala qızı "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.
2011-ci ildə şəhər 5 №-li tam orta məktəb "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin qalibi olmuşdur.
2012-ci ildə Rəncbər kənd tam orta məktəbi "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin qalibi olmuşdur.
2012-ci ildə Hacıqabul şəhər 1 №-li tam orta məktəbin biologiya müəllimi Rəsulova Səbinə layihə rəhbəri kimi məktəbin VIII sinif şagirdləri Hüseynov Rüstəm və Mustafayeva Zəminənin hazırladığı layihə Dünyanın 42 ölkəsinin nümayəndələrinin iştirak etdiyi VI Beynəlxalq Layihə Olimpiadasında Bürünc Medala layıq görülmüşdlür.
Hacıqabul rayon Uşaq Gənclər İdman Məktəbi 2003-cü ildə "İlin ən yaxşı İdman Məktəbi" müsabiqəsi üzrə II yer, 2004-cü ildə II yerə layiq görülmüşdür.
2005-ci ildə İdmanda və Təhsildə əldə etdiyi uğurlara görə məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif edilmişdir.

Məktəbin yetirmələrindən :
Nəcəfov Rəhim Fətəli oğlu - gənclərin Beynəlxalq boks turniri I yer 2004-cü il
Nəcəfov Rəhim Fətəli oğlu - Gənclər arasında boks üzrə Azərbaycan birinciliyi I yer
İsgəndərov Hafis Afət oğlu - "Təhsil" RİM RİOEUGİM-nin Gənclər arasında
Azərbaycan çempionatı I yer 2003-cü il
Nəcəfov Rəhim Fətəli oğlu - boks üzrə Gənclərin VIII Avropa çempionatı II yer , 2005-ci il,
Behbudov Rüfət Mehman oğlu - gənclərin boks üzrə Avropa birinciliyi II yer 2004-cü il
Nəcəfov Rəhim Fətəli oğlu - gənclərin boks üzrə Dünya çempionatı I yer 2005-ci il
Nəcəfov Rəhim Fətəli oğlu - gənclərin boks üzrə Dünya birinciliyi I yer 2009-cu il