Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Şirvan

2013-cü ildə sənayenin inkişafı

İqtisadiyyatının əsasını sənaye təşkil edir ki, onun da inkişaf etdirilməsində neft, qaz hasilatı, enerji, tikinti materialları istehsalı mühüm yer tutur.
Şirvan şəhərində ümumi məhsul buraxılışı 2013-cü il ərzində ötən illə müqayisədə 20.6 faiz artaraq 446739.2 min manata çatmışdır. Ümumi məhsul istehsalının 70.6 faizi sənaye sahələrində, 16.7 faizi tikinti kompleksində, 0.6 faizi kənd təsərrüfatında, 0.7 faizi nəqliyyatda, 11.2 faizi ticarət və xidmət sahələrində, 0.2 faizi isə rabitə sahəsində istehsal olunmuşdur.
Şəhər üzrə ümumi məhsul istehsalının 41.6 faizini təşkil edən neft sektorunda 5.2 faiz azalma, qeyri-neft sektorunda isə artma müşahidə olunmuşdur.
Sənaye məhsulu istehsalı 2012-ci illə müqayisədə 7.4 faiz artaraq 315437.8 min manata çatmış, onun 58.9 faizi və ya 185826.4 min manatı mədənçıxarma bölməsində, 17.4 faizi, yaxud 54861.9 min manatı emal bölməsində, 23.2 faizi və ya 73176.8 min manatı elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı bölməsində, 0.6 faizi və ya 1572.1 min manatı su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
Sənaye istehsalının 83.5 faizi malların, 16.5 faizi və ya 51922.7 min manatı xidmətlərin payına düşmüşdür. 2013-cü ili ərzində sənaye sahələrində istehsal olunmuş məhsulun 34.9 və ya 110006.1 min manatı dövlət, 65.1 faizi və ya 205431.7 min manatı qеyri-dövlət müəssisələri tərəfindən istehsal edilmişdir.
Sənaye məhsulu istehlakçıları üçün yüklənmiş malların və göstərilmiş xidmət-lərin həcmi 315323.3 min manat və ya ümumi məhsul istehsalının 99.9 faizini təşkil etmişdir. 2014-cü ilin yanvar ayının 1-nə sənaye müəssisələrin anbarlarında 3530.9 min manatlıq və ya dekabr ayının 1-i vəziyyəti ilə müqayisədə 1004.3 min manat az hazır məhsul qalığı olmuşdur. Ehtiyyatların 53.6 faizi dövlət sektorunun, 46.4 faizi isə qeyri-dövlət sektorunun payına düşmüşdür.
Şirvan şəhərində 2013-cü il ərzində 308.1 min ton əmtəəlik xam neft, 11.6 milyon kub metr qaz, 3350.3 QVt.s. elektrik enerjisi, 1625.3 ton saflaşdırılmış pambıq yağı, 1863.1 ton pambıq lifi, 1378.2 ton təzə çörək, 13.6 ton şirniyyat, 464 ədəd taxta pəncərə , 664 ədəd taxta qapı blokları, 128.6 ton paltar sabunu, 1120 ədəd plastik qapı ıvə pəncərə blokları, 19.3 min kub metr inşaat kərpici, 2000 ton sönməmiş əhəng, 44 ədəd rotorlar, fərdi intiqallı rotor qurğuları və onların intiqalları, 3.4 ton ilişmə birləşmə muftaları, 3.5 ton sair vallar və s istehsal olunmuşdur.
2013-cü il ərzində sənaye sahəsində işçilərin sayı 5380 nəfər təşkil etməklə əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 6.6 faiz çox olmuşdur. Dövlət müəssisələrdə çalışan işçilərin sayı 5.8 faiz artaraq 2173 nəfər və qeyri-dövlət müəs-sisələrində işləyənlərin sayı 7.1 faiz artaraq 3207 nəfər olmuşdur. Çalışan muzdlu iş-çilərin orta aylıq nominal əmək haqqı 537.4 manata Orta aylıq əmək haqqı dövlət sektorunda 7.0 faiz artaraq 372.9 manat təşkil etmişdir.
Təbii ehtiyatları neft, qaz, qum-çınqıl yataqları vardır. Ölkə iqtisadiyyatında həyata keçirilən iqtisadi islahatlar, regionların iqtisadi inkişafı sahəsində görülən tədbirlər Şirvan şəhərinə öz müsbət təsirini göstərmişdir. Şəhərdə qum-çınqıl karxanaları, asfalt və kərpic zavodları fəaliyyət göstərir.