Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi

Şirvan

Şirvan Bakı şəhərindən cənub qərbdə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir. Respublikanın cənub, cənub-qərb və şimal bölgələrini birləşdirən avtomobil və dəmir yolu, Kür çayı vasitəsilə su yolu Şirvan şəhərindən keçir. Şəhər Sabirabad, Salyan, Hacıqabul rayonları ilə həmsərhəddir. Dəniz səviyyəsindən 7m. yüksəklikdə yerləşir. Faydalı qazıntılardan neft və qaz yataqları ilə zəngindir. Yarımsəhra düzənliklərdə əsasən yovşan, yulğun və digər ağaclar bitir.
İqlimi quru olmaqla, mülayim qışı, isti yayı ilə fərqlənir. Torpağı şoran olmaqla, yeraltı suları nisbətən dayazdır və duzludur. Faydalı qazıntılarından ərazi neft və qaz məhsulları ilə zəngindir. Respublikanın başqa bölgələrinə nisbətən Şirvanın bitki və heyvanlar aləmi zəngin deyildir. Yarımsəhra düzənliklərində əsasən yovşan, Kür çayının sahillərində isə toğay meşələrində söyüd, yulğun və digər ağaclar var. Hazırda şəhər rəhbərliyin və sakinlərin zəhməti bahasına yaşıllığa qərq olmaqla, şəhəri iki yerə bölən kür çayı insanların istirahət yerinə çevrilib, onun ətrafındakı meşələr isə gözəl təbiət guşəsidir.
1960-cı illərdə yeni yaşayış massivi «təzə şəhər»də yaşayış, sosial obyektlərin tikintisinin aparılması, geniş prospekt və küçələrin salınması, yaşıllaşdırma işləri, istifadəsiz torpaq sahələrində böyük bir istirahət parkının salınması şəhərin görkəminin kökündən dəyişməsinə səbəb olmuşdur.