Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi

Saatlı

Bərəkətli Muğan düzündə, ərazisi Araz çayının sağ və sol sahillərində yerləşən, Azərbaycan Respublikasının inzibati rayonlarından biri olan Saatlı 25 may 1943-cü ildən rayon statusu almışdır. İyirmi il müstəqil inzibati ərazi kimi fəaliyyət göstərdikdən sonra 1963-cü ildə ləğv edilərək qonşu Sabirabad rayonunun tərkibinə qatılmışdır. 1965-ci ildən yenidən müstəqil rayon kimi fəaliyyətini davam etdirir.
Son statistik məlumatlara görə, rayonun sahəsi 1,18 kv km, əhalisi 97916 nəfərdir. Əhalinin orta sıxlığı 1 kva.km-ə 76 nəfər təşkil edir. Ərazisi okean səviyyəsindən 28 m aşağı olan rayonda 1 şəhər, 43 kənd yaşayış məntəqəsi vardır ki, bunlar da 36 inzibati ərazi vahidliyində (dairəsində) birləşmişdir. Mərkəzi Saatlı şəhəridir.
Yayı quraq keçən mülayim-isti, yarımsəhra və quru çöl iqlimi var.
Araz çayının bol suyu bu ərazidə taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaratmışdır.