Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Saatlı rayon Tarix və Diyarşünaslıq muzeyi

Saatlı rayon Tarix diyarşünaslıq muzeyi 1983-cü ildə yaradılmışdır. Muzeyin qarşısında duran vəzifələr maddi-mədəniyyət nümunələri toplayır, qoruyur, tədqiq və təbliğ etməkdir.

Muzeyin binası  2012-ci ildə istifadəyə verilmişdir. 27 noyabr tarixindən Muzey yeni binasında fəaliyyətə başlayıb. Muzeyin  tarix otağı , arxeoloji, etnoqrafik, mədəniyyət və ideoloji bölmələrdən ibarətdir. Muzeydə tarix və rəssamlıq dərnəyi fəaliyyət göstərir. Muzeyin Elmi şura və Satınalma komissiyası vardır.

Muzeyin ümumi sahəsi 458.5 kv.m, ekspozisiya – sərgi sahəsi 204 kv.m, fond saxlama sahəsi 12 kv.m-dir.

2016-cı ilin son hesabatına əsasən

Muzeyə 14.400 nəfər tamaşaçı baxmışdır.

121 nəfər ekskursiya olmuşdur.

Muzeydə 65 mühazirə söylənmişdir.

Muzeydə və Muzeydə kənar 34 sərgi təşkil olunmuşdur.

Muzeyin cəmi eksponatı 9498 ədəddir.

  1. nəqqaşlıq (rəssamlıq). 60-ədəd.
  2. Tətbiqi incəsənət məmulatı 149 - ədəd.
  3. Arxeoloji əşyalar 1961 - ədəd.
  4. Məişət və etnoqrafik əşyalar 536- ədəd.
  5. Foto-şəkillər 2279 - ədəd.
  6. Sənədlər 436- ədəd
  7. Sair 4077 - ədəd.

 

Muzey ştat vahidi : 8 (səkkiz) nəfər

Hal-hazırda işçilərin sayı : 5 (beş) nəfər

  1. Direktor
  2. Elmi-işçi
  3. Bərpaçı rəssam
  4. Fəhlə
  5. Xadimə
Ünvan:
Gənclər meydanı 5.
Telefon:

02128 5-34-65

+99450-584-47-66

E-mail:

muzey83@mail.ru

 

62.7 KB