Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Sabirabad rayon Tarix-Diyarşünaslıq muzeyi

Muzey Sabirabad rayonu İ.İsgəndərov küçəsi,14 ünvanında iki mərtəbəli muzey tipli binada  yerləşir.480kv metr sahəni əhatə edən altı ekspozisiya zalından,iki fond otağı,iki işçi və iki foyedən ibarətdir.Muzey 1980 – ci ildə Ümummilli lider H.Əliyevin Azərbaycanın rayonlarında Tarix- diyarşünaslıq muzeylərinin yaradılması haqqında sərəncamından sonra açılmışdır.Bundan öncə isə 1978-ci ildə “Döyüş şöhrəti” otağı kimi fəaliyyət göstərmiş,onun  açılış mərasimində ulu öndər H.Əliyev də iştirak etmiş və fəxri kitaba öz ürək sözlərinin yazmışdır.

Muzeyin fondunda Sabirabad rayonunun antik dövrdən müasir dövrədək tarixini əhatə edən 6588 əsas və 2500 köməkçi fond materialları toplanmışdır.

Muzeyin ekspozisiyasında nəqqaşlıq,qrafika,tətbiqi incəsənət məmulatı,arxeoloji,məişət və etnoqrafik əşyalar,foto-şəkillər,sənədlər və s.milli mənəvi dəyərlər,həmçinin rayonun təbiətini,flora və faunasını əks etdirən materiallar,antik dövrə aid küp qəbir,unikal tapıntılar olan bütlər,məişətmizi,mədəniyyətmizi əks etdirən toxuculuq,tikmə və sənətkarlıq nümunələri,nümuzmatik materiallar,gil və misdən olan əşyalar və s.eksponatlar nümayiş olunur.

Ünvan:
Sabirabad rayonu İ.İsgəndərov küçəsi,14
Telefon:

0212356522

Fax:

0212356522

E-mail:

eskerova1954@mail.ru

 

231.1 KB