Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Şirvan şəhər Uşaq Musiqi Məktəbi

Şirvan  şəhər  Uşaq  Musiqi  Məktəbi 1961-ci ildən fəaliyyət  göstərir. Musiqi məktəbi  uşaq, yeniyetmə və gənclərin bədii-estetik zövqünü formalaşdıran, mədəniyyət və incəsənət sahəsində təhsil verən dövlət müəssisəsidir Məktəbin 44 sinif otağı, 2 inzibati və 90 nəfərlik tutuma malik zalı vardır.Musiqi alətlərindən: 2  ədəd   royal, 37 ədəd fortepiano, 1 ədəd  tar, 1  ədəd   qarmon və  5 ədəd  fleyta  aləti  vardır. Məktəbdə fortepiano,xalq çalğı alətləri, nəzəri fənlər üzrə 3  şöbə  var. Məktəbdə fortepiano,violin,tar,kamança, klarnet, qarmon, xanəndəlik və nağara  alətləri  üzrə  8 ixtisas tədris edilir. Şirvan şəhər Uşaq Musiqi məktəbində şagirdlərin təlim-tərbiyəsi ilə ali və orta ixtisas təhsilli  88 əsas müəllim heyəti məşğul olur. Onların əksəriyyəti ilk musiqi təhsilini bu məktəbə almışdır. Musiqi təhsili alan şagirdlərin sayı dörd yüz iyirmi nəfərə yaxındır. Uşaq Musiqi Məktəbində bir sıra musiqi kollektivləri, o cümlədən uşaq xoru, uşaq orkestri, xalq çalğı alətləri ansamblı, vokal qrupu, muğam üçlükləri, violin ifaçıları ansamblı, ritm qrupu,müəllimlərdən ibarət ansambl və s. fəaliyyət göstərir. Şagirdlər bu kollektivlərdə ifaçılıq vərdişlərini əməli olaraq möhkəmləndirirlər. Şirvan  şəhər  Uşaq  Musiqi  Məktəbində təhsil   tədris plan və proqramlara əsasən yerinə yetirilir. Məktəbdə   hər  tədris   ili  üçün  tərtib   olunan  ümumi  iş  planında  Azərbaycan  və  xarici  ölkə bəstəkarlarının yubileylərinə   həsr  olunmuş   konsert  mühazirələr, yaradıcılıq gecələri, məktəbdaxili  müsabiqələr, açıq  və nümunəvi  dərslər keçirilir. Uşaq Musiqi məktəbinin şagirdləri respublika müsabiqə və festivallarında uğurla çıxış edirlər. Onlar dəfələrlə müsabiqə,festivalların  laureatı və diplomantı kimi fəxri adlarla  layiq görülmüşlər.1961-ci ildən  2020-ci ilədək məktəbin 4726  şagird bitirmişdir.Məktəbin  530-dan çox  məzunu indiyədək respublika və xarici ölkələrin orta ixtisas və ali təhsil müəsisələrini bitirmişlər. Onlar respublikanın müxtəlif şəhər və rayonlarında eləcədə xarici ölkələrdə işləyib Azərbaycan klassik və xalq musiqisini uşaq, yeniyetmə və gənclərə öyrədirlər.

Ünvan:
Şirvan şəhər Energetik küç. 14
Telefon:

0212154578

E-mail:

shirvan.umm@mail.ru

 

265.6 KB