Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bakı şəhəri Səbail rayonunun 236 saylı məktəbinin müəllim və şagirdlərinin Sabirabad rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası.

07.10.2019

06 oktyabr  2019 – cu il tarixində Bakı şəhəri Səbail rayonunun 236 saylı məktəbin müəllim və 4 – cü sinif şagirdləri, valideynlər Sabirabad rayon Heydər Əliyev Mərkəzinə ekskursiyaya gəlmişdilər. Qonaqlar ilk öncə Mərkəzlə tanış olmuş, sonra Ulu Öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoymuş və şagirdlər Heydər Əliyev və Azərbaycan haqqında şerlər söylədilər. Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna xanım Hacızadə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın rayonumuza səfərləri  haqqında geniş məlumat verdi . Sabirabad rayon  Gənclər və İdman İdarəsinin rəisi Nadir Quluyev qonaqlara 2015 –2017  ci illərdə Azərbaycanda keçirilmiş  Avropa və İslam oyunları haqqında geniş məlumat verdi.  Planşet vasitəsilə Heydər Əliyevin rayonumuz haqqında söylədiyi xoş sözlərin səs yazması dinlənildi. Sonda qonaqlarla xatirə şəkili çəkildi.

 

136.3 KB