Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hacıqabul Rayon Heydər Əliyev Mərkəzinin bir qrup əməkdaşı Beynəlxalq müəllimlər günü münasibətilə rayonun 1-ci Udulu kəndində kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirmişdir.

03.10.2019

3 oktyabr 2019-cu il tarixdə Hacıqabul Rayon Heydər Əliyev Mərkəzinin bir qrup əməkdaşı Beynəlxalq müəllimlər günü münasibətilə rayonun 1-ci Udulu kəndində kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirmişdir. Mərkəz bu münasibətlə təşkil edilmiş təntənəli tədbirdə qeyd olunan peşə bayramı münasibətilə məktəbin şagird-müəllim kollektivini təbrik etməklə bərabər, məktəblə daha yaxın əlaqələr qurmağın əsasını qoymuşdur. Tədbirdə Mərkəzin əməkdaşları ilə birlikdə, əslən həmin kənddən olan və həmin məktəbdə təhsil almış Qarabağ müharibəsi veteranı,”Qarabağ Qaziləri” İctimai Birliyi rayon şöbəsinin sədri İntiqam Abdulov da qonaq qismində iştirak etmişdir. Tədbirin rəsmi hissəsindən sonra Mərkəzin hazırladığı təbrik tortu məktəb müəllimlərinin iştirakı ilə kəsilmiş və görüş çay masası arxasında davam etdirilmişdir.

 

 

107.3 KB

 

73.7 KB

 

91.4 KB