Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şirvan Dövlət Rəsm Qalereyasının yeniyetmə dərnək üzvlərinin fərdi sərgisini təşkil olunmuşdur.

03.10.2019

Şirvan Dövlət Rəsm Qalereyası 3 oktyabr 2019-cu ildə istedadlı yeniyetmə , qalereya dərnək üzvü Əkbər İsmayılovun ilk fərdi sərgisini təşkil etdi. “Əkbərin dünyası” adlı sərgi şagirdin təhsil aldığı Şirvan şəhər M.İsrafilov adına18 saylı məktəb- liseyin foyesində baş tutdu. Sərgiyə məktəbin direktoru İsmayıl Usubov başda olmaqla müəllim və şagirdlər, həmçinin səbəbkarın yaxınları tamaşa etdi.Əkbərin sulu boya, quaş və yağlı boya ilə işlədiyi və fərqli mövzu və kompozisiyalarda işlənmiş rəsmləri rəng ahəngdarlığı ilə də seçilirdi. 20 dən artıq rəsmin yer aldığı sərginin 5 günə qədər davam edəcəyi gözlənilir. Sonda Əkbər İsmayılov rəssamlıq yaradıcılığı sahəsində uğurlarına və gənc nəslin estetik dünyagörüşünün formalaşmasına səxsi nümunəsi ilə müsbət təsir göstərdiyinə görə Şirvan Dövlət Rəsm Qalereyasının direktoru Çinarə Vəliyeva tərəfindən fəxri fərmanla mükafatlandırıldı

 

101.2 KB