Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hacıqabul rayon Rəncbər kəndində Ahıllar günü qeyd olundu.

01.10.2019

30 Sentyabr 2019-cu il tarixdə Rəncbər kənd mədəniyyət evində "1 oktyabr Ahıllar günü" münasibəti ilə dəyirmi masa təşkil olunmuşdur, tədbiri giriş sözü ilə açan Mədəniyyət evinin direktoru Namiq Hüseynov ölkəmizdə dövlətimiz tərəfindən ağsaqqallara olunan qayğıdan geniş danışdı. Kənd kitabxana flialının müdiri Alma İbrahimova isə öz çıxışında bu günün yaranmasında qısaca məlumat veri 1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar. Ölkəmizdə ahıllar dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Tədbirdə iştirak edən kənd ağsaqqalları dövlətimizin onlara göstərdiyi qayğıya görə dövlətimizə və dövlət başçımıza dərin təşəkkerlərini bildirdilər.

 

287.4 KB

 

282.3 KB