Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyində ”1 oktyabr Ahıllar günü” münasibəti ilə dəyirmi masa təşkil olunmuşdur.

01.10.2019

30 sentyabr 2019-cu il tarixdə  Hacıqabul rayon Axsaqqallar şurasının sədri Əlihəsən Əlihəsənov, müavin Əhməd Əhmədov, Ələkbər Nəhmədov.Rayon tarixçilərinin "Yurd yeri" İçtimai Birliyinin sədri Mübariz XəlilovQarabağ qazilərinin İçtimai Birliyinin Hacıqabul rayon üzrə sədri İntiqam Abdulov YAP Hacıqabul rayon təşkilatının  sədri Hafiz Bəşirov, partiyanın aparat rəhbəri İsmayıl İbrahimovHacıqabul rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Məhəmməd Isayevi ilk öncə  Muzeyin əməkdaşları salamlamış "Ahıllar günü" münasibəti ilə onları təbrik etmiş, ən qiymətli olan can sağlığı arzulamış və gələcək işləri ilə bağlı uğurlar arzu etmişlər. Qonaqlar Muzeyin hər iki ekspozisiya zalı ilə yaxından tanışlıq əsasında sərgilənən tarixi şəxsiyyətlərin fotolarına baxaraq  keçmişi xatırlamışlar  və onlar bu xatirələri və eləcə də maraqlı söhbətlərini çay süfrəsi ətrafında davam etdirmişlər. Sonda qonaqlar Muzeyin rəhbərliyinə və əməkdaşlarına  öz təşəkkürlərini bildirərək xoş xatirələrlə Muzeydən ayrılmışlar.

 

57.6 KB

 

63.3 KB