Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Heydər Əliyev Mərkəzində Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyi münasibətilə tədbir keçirilmişdir.

30.09.2019

27 sentyabr 2019 – cu il tarixində Sabirabad rayon Heydər Əliyev və “Asan Xidmət” Mərkəzlərinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları və “Asan Xidmət” Mərkəzinin könüllüləri iştirak etmişdir. Tədbiri “Asan Xidmət” Mərkəzinin könüllüsü Əmirova Seyidgül Nəsininin həyatı haqqında çox geniş məlumat vermişdir. Qeyd olundu ki, Azərbaycan Republikası Prezidenti müvafiq Sərəncamı ilə 2019 – cu il Nəsimi ili elan edilmişdir və Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyi ölkəmizdə geniş qeyd olunur. İmadəddin Nəsimi Azərbaycan şairi, dövrünün görkəmli mütəfəkkiri  olmusdur. Nəsiminin yaradıcılığı Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm bir mərhələdir. Şairin əsərləri dönə - dönə çap edilmiş, barəsində tədqiqat əsərləri yazılmışdır. UNESCO – nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi dünya miqyasında geniş  qeyd edilmişdir. Sonra qonaqlara Mərkəzin 3D kinozalında Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusuf dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiya və “Nəsimi” filmi nümayiş olundu.

 

56 KB