Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şirvan şəhər Tarix –diyarşünaslıq muzeyi 27 sentyabr-Beynəlxalq Turizm Günü münasibəti ilə şəhər məktəblilərinə şəhərin tarixi yerlərinə ekskursiya təşkil etmişdir.

27.09.2019

Ekskursiyanı muzeyin baş elmi işçisi Ləman Mikayılova aparmışdır. O şagirdlərə turizm gününün yaranma tarixindən məlumat verərək qeyd etdi ki , Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001 -ci il tarixli 132 nömrəli qərarına əsasən Şirvan şəhərin ərazisində  5 tarix və mədəniyyət abidəsi mövcuddur. Abidələr iki qrupa  bölünür :ölkə və yerli əhəmiyyətli. Ekskursiya Nekropolla tanışlıqla başladı. Məlumat verildi ki , Nekropol Şirvan şəhərinin cənubunda ,Çılpaqlı yaşayış massivində ,Kür çayının sol sahilində yerləşir. Nekropol son tunc və ilk dəmir dövrünün ( e.ə III-II minillik)abidəsidir.Növbəti ölkə əhəmiyyətli abidə İsmət Qayıbov adına mədəniyyət və istirahət bağıdır. Bu abidə şəhərin ən qədim bağıdır. Bir sıra tarixi hadisələrin-məsələn 1918-ci ildə erməni daşnak silahlı dəstələrinin Ərəbşahverdi  kəndinə hücumunun , yaxınlığdakı taxta dəmiryol körpüsünün yandırılmasın şahidi olmuşdur. 1921 -ci ilin may ayında Nəriman Nərimanov bu bağda ətraf kəndlərin əhalisi ilə görüş keçirmişdir.Bunlardan başqa şagirdlər yerli əhəmiyyətli abidələrlə də - məscid ,yaşayış binası  və Zubovka suçıxarma stansiyasının binası ilə tanış olmuşlar.

 

213.3 KB