Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sülh bəşəriyyətin ən ali dəyəridir”.

06.09.2019

Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili Ombusdman E.Süleymanovanın 14 avqust 2019-cu il tarixli 1/12895-19 nömrəli məktubuna əsasən Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyi 21 sentyabr “Beynəlxalq Sülh Günü” ərəfəsində ənənəvi olaraq 21avqust -21 sentyabr tarixlərində “Sülh aylığı” elan olunması ilə əlaqədar 05 sentyabr 2019 –cu il tarixdə “Sülh bəşəriyyətin ən ali dəyəridir ” mövzusunda tədbir keçirmişdir.Tədbiri muzeyin baş elmi işçisi Ləman Mikayılova “Beynəlxalq Sülh Günü”nün yaranma tarixinə nəzər salaraq , ölkəmizdə sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən zəruri tədbirlərin aparıldığını qeyd etdi. Həmçinin sülh mövzusunun bugün torpaqları 20 faiz işğal altında olan ,1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb ediyini bildirdi. Tədbirdə “Bənönvə” uşaq baxçasının azyaşlı sakini Ağazadə Mirayə Ulu öndər Heydər Əliyevə həsr olunan şeir səsləndirdi. Sonda tədbir iştirakçıları mövzuya həsr olunmuş videoçarx izlədilər.

 

75.3 KB

 

94.6 KB