Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

04 sentyabr 2019-cu il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində “Beynəlxalq Sülh Günü” mövzusunda keçirilən tədbir.

04.09.2019

04 sentyabr 2019-cu il tarixdə Saatlı Dövlət Rəsm Qalareyasında, Heydər Əliyev Mərkəzinin və Rəsm Qalareyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq Sülh Günü” mövzusunda tədbirkeçirildi. Tədbir də Heydər Əliyev Mərkəzinin və Rəsm Qalareyasının əməkdaşları və rayon ictimaiyyəti iştirak etdi. Tədbir də çıxış edənlər sülhün, əmin amanlığın insan həyatında, ictimai inkişafın gedişatında çox böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, sülhün önəmindən və “Beynəlxalq Sülh Günü”nün tarixi barədə məlumat verdilər. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.Bu gün təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsi olan Azərbaycan 20 ildən artıqdır ki, müharibədən əziyyət çəkir, bir milyondan artıq vətəndaşı öz el-obasından didərgin düşüb. Ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra, hər şeydən əvvəl, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ildə atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunmasına baxmayaraq Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və atəşkəsin pozulması halları tez-tez qeydə alınır. Bu gün güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həll olunması istiqamətində əməli işlər görüldüyünü bildirdi.

 

143.1 KB

 

79.2 KB