Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabirabad rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin növbəti seminarı keçirilmişdir.

28.08.2019

26 avgust 2019-cu il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin növbəti seminarı keçirilmişdir.Seminarda çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov ay ərzində görülmüş işlərdən,səmərəli fəaliyyətin təşkili istiqamətində qarşıda duran vəzifələrdən, fəaliyyətlərinə görə seçilən mədəniyyət müəssisələri barədə ətraflı söz açmışdır.Seminar müşavirənin gündəliyində duran məsələlər geniş müzakirə olundu. Daha sonra çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Mirtale Ağazadə qarşıdakı günlərlə bağlı mədəni kütləvi tədbirlərin keçirilməsi istiqamətində tapşırıq və tövsiyyələrini verib. Seminar müşavirə iştirakçıları maraqlandıran fikir və məsələlərə aydınlıq gətirilib. 
Sonda mədəniyyət sahəsində uzun müddət səmərəli fəaliyyətləri və anadan olmalarının 65 illik yubileyləri münasibətilə rayon Mədəniyyət Mərkəzinin A.İsgəndərov adına Xalq Teatrının rejissoru Əliyev Seyidməmməd Mirvəli oğlu, Qəzli kənd Mədəniyyət evinin direktoru Mustafayev Mustafa Hüseynqulu oğlu və Həşimxanlı kənd mədəniyyət evinin direktoru Babayev Beytulla Balacavad oğlu Sabirabad Regional Mədəniyyət İdarəsinin, rayon Mədəniyyət Mərkəzinin fəxri fərmanları və MİHİ Sabirabad rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olundular.

 

71.4 KB

 

120.9 KB